Çində “ağıllı” çamadan istehsal olunub

Çinin “Xiaomi” şirkətinin mütəxəssisləri bu yaxınlarda “90 Minutes Smart Unlock Suitcase” “ağıllı” çamadanını istehsal ediblər. Uzaq səyahətlər üçün nəzərdə tutulan bu çamadanlar daktiloskopik sensorlarla təchiz olunub.

Çamadan barmaq izi ilə açılır və beş nəfərin barmaq izini onun yaddaşında saxlamaq mümkündür. Enerji təchizatının iki elementi texnologiyanın yarım il ərzində təmin olunmasına imkan verir. Enerji həcminin kəskin düşməsi zamanı enerji təchizatı üçün USB portundan istifadə etmək olar.

“90 Minutes Smart Unlock Suitcase”in karkası alüminiumdan, korpusu etibarlı polikarbonatdan hazırlanıb ki, bu da çamadanı və onun daxilində olan əşyaları korlamağa imkan vermir. Hazırda məhsulun qiyməti 145 ABŞ dollarıdır.

 

Mənbə: azertag.az  

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin