Avropada səyahət üçün 10 ən möhtəşəm şəhər

Paris

Paris Avropaya gələn turistlərin diqqətini çəkəcək xüsusiyyətlərə sahibdir. Yemək, tarix, incəsənət, mədəniyyət və gözəllik hər tərəfdədir. Parisə səyahət etsəniz Eyfel qülləsi, Luvr muzeyi, Notr-Dam kilsəsini ziyarət etməyi unutmayın. Paris öz şirniyyatları ilə də məşhurdur, Eyfel qülləsi ətrafındakı kafelərdən birində kofe və şokoladlı kruasanı dadıb mənzərənin dadını çıxara bilərsiniz. Şəhərdən 1 saatlıq məsafədə yerləşən Disneyland-a baş çəkməklə özünüzü nağıllar aləmində hiss edəcəksiniz.

paris.jpg

Florensiya

İtaliyada gəzməli çox yerlər var, amma xüsusilə Florensiyanı nəzərdən qaçırtmaq olmaz. İncəsənət və tarixlə yanaşı italyan mətbəxi də turistlərin sevimlisidir. Florensiya Toskananın xəzinələrini araşdırmaq üçün böyük bir bazadır. Santa Maria kilsəsi, Pitti sarayı, Boboli bağları, San Lorenzo bazilikası görməli olduğunuz yerlərdəndir. Florensiyaya gedib italyan yeməklərini dadmadan dönmək olmaz. Səhərinizi italyan çizkeyki və kappuççinosu ilə açıb, naharda lazanya və spagettinin dadına baxa bilərsiniz.

florence.jpg

Santorini

Santorini, bir çox turistlərin fikrincə, Avropada ən çox qalmalı yerlərdən biridir. Kalderanın gözəl görünüşü sizin diqqətinizi mütləq çəkəcək. Bu şəhər qayıq səfərləri, möhtəşəm gün batımı, qara vulkanik çimərliklər, həmçinin Aralıq dənizi sahilində yerləşən lüks otellər ilə məşhurdur. Santorini ilə yanaşı Mikonos və Rodos adalarına da gedə bilərsiniz. 

santorini.jpg

Amsterdam

Avropada ən sevilən şəhərlərdən biri Amsterdamdır. Şəhər mərkəzi piyada gəzənlər və velosiped sürənlər üçün idealdır. Şəhər əyləncəli parklar, restoranlar, böyük muzeylər ilə zəngindir. Muzey həvəskarları Amsterdamda Madam Tusso, Van Voq, Anna Frank muzeylərinə baş çəkə bilərlər.

amsterdam.jpg

London

Hər kəs Londonun dünya səviyyəli görməli yerləri və muzeyləri ilə populyar olduğunu bilir. Möhtəşəm Big Ben, Bukinqem sarayı, Trafalqar meydanı, St Paul kilsəsini görməyiniz mütləqdir. Bundan başqa şəhər bazarlar, mağazalar, məhəllələr, kafelər və restoranlarla da təəccübləndirir. Ən məşhur turistik yerlərdən uzaqlaşın və yerli Londonu axtarın. Bundan başqa Londona gedib Hayd Parka da baş çəkməyiniz tövsiyə olunur. 

london.jpg

Barselona

Birmənalı olaraq İspaniyada turistlərin ən sevimli şəhəri Barselonadır. Ləziz yeməklər, canlı gecə həyatı, incəsənət, arxitektura ilə zəngindir. Ailəvi istirahət üçün də ideal seçimdir. Şəhərin əhalisi 1,6 milyon olsa da, turistlərin sayı 8 milyona çatır. Şəhəri gəzmək üçün yaz və payızda, çimərlikdə dincəlmək üçün yay aylarında gedə bilərsiniz.

Barcelona.jpg

Roma

Kolizey, Trevi Fəvvarəsi, Roma Forumu, Panteon və Vatikan. Roma, Avropanın ən məşhur turistik şəhərlərindən biridir. Romada bütün turistik məkanlar bir birinə yaxın yerləşir və şəhəri piyada gəzə bilərsiniz. Yeganə mənfi cəhəti turistik yerlərdə həddindən artıq uzun çəkən növbələr və sıxlıqla yanaşı küçə ticarəti ilə məşğul olan miqrantlardır, şəhərin hər tərəfində sizə çiçək, power bank, çətir, selfie çubuğu, aksesuarlar və suvenirlər satmağa çalışacaqlar. Ehtiyatlı olun :) Vatikan muzeylərinə daxil olmaqla özünüzü orta əsrlərdə hiss edəcəksiniz.

rome.jpg

Edinburq

Edinburq müasir Şotland həyatını və eyni zamanda qədim tarixə xas binaları və qalaları özündə cəmləşdirir. Böyük Britaniyanın ən gözəl şəhərlərindən biridir və təbiəti çox gözəldir. Bu şəhər sizdə uzun müddət davam edəcək təəssüratlar yaradacaq.

edinburg.jpg

Praqa

Yolunuz Praqaya düşsə, burada hər addımda möcüzələr sizi heyrətləndirəcək. Praqa tarixi və təbiəti özündə birləşdirməsi ilə məşhurluq qazanan şəhərdir. Praqa da öz mətbəxi ilə məşhurdur. Şəhərin bütün mərkəzi küçələrində satılan trdelnikin və kreplərin dadına mütləq baxın.

prague.jpg

Nitsa, Fransa

Cənubi Fransa Cote d’Azurun gözəl şəhərlərini araşdırmaq üçün fantastik yerdir. Monako, Lyon, Aralıq dənizi sahillərində olan digər möhtəşəm çimərliklərə rahat dəmir yolu səyahəti mövcuddur.

nice%20france.jpg

 

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin