Ayın ölçülərinin kiçilməsi ay zəlzələlərinə səbəb ola bilər

Araşdırmalar nəticəsində məlum olub ki, yerin təbii peyki olan Ayın ölçüləri müntəzəm olaraq kiçilməkdədir. Milyon illər ərzində ayın çevrəsi 45 metr azalıb. Bu barədə Nature Geoscience məlumat yayıb.

Alimlər 1960-1970-ci illərdə Aydakı dəyişiklikləri qeydə alan seysmoqrafların məlumatlarını 2010-cu ilin geoloji xəritələri ilə müqayisə etdikdən sonra bu qərara gəliblər. 

Həmçinin qeyd edilib ki, Ayda seysmik aktivlik fəaliyyətini davam etdirir. Bunun nəticəsində Ayın nüvəsi soyuyur və peyk sıxılır. Bu fenomen Ayda böyük zəlzələlərin və böyük çatların yaranmasına gətirir. 

Mənbə: nature.com/ngeo/

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin