İlon Mask-a ilham verən kitablar

İnsanlar İlon Maskdan roket qurmağı necə öyrəndiyini soruşduqda, sadə bir cavab verir: "Kitab oxudum". Kitablar həmişə Mask üçün vacib olmuşdur: onu bir uşaq və yeniyetmə kimi ruhlandırıb və SpaceX-i işə salarkən raket elmini öyrənməyə kömək edib. Elon Musk-a ilham verən kitablardan 5-i ilə sizi tanış edirik. Bəs sizin ən sevdiyiniz və ilhamlandıran kitablar hansılardır?

"Üzüklərin Kralı"-J.R.R. Tolkien

Mask Cənubi Afrikada böyüyüb, sakit və çox ağıllı uşaq ikən bir ləqəbə sahib idi: Maskrat. New Yorker Times-a müsahibəsində bildirir ki, "təkliyində çox fantaziya və elmi fantastik kitablar oxuyurdu." Həmin kitablar - xüsusən "Üzüklərin Rəbbi" J.R.R. Tolkien - gələcəyi görmə qabiliyyətini formalaşdırdı. Mask müsahibələrinin birində "Oxuduğum kitabların qəhrəmanları hər zaman dünyanı xilas etməyi özlərinə borc bilirdilər"- demişdi.

 

"Hitchhiker'in Qalaktikaya Bələdçisi" Douglas Adams

Kitabda bir superkompüter mənalı bir həyatın "cavabını" 42 nömrəsini tapır - ancaq sual heç vaxt aşkarlanmamışdır. Bu gənc Musk üçün ibrətamiz idi.

 

"Benjamin Franklin: Amerikan Həyatı" Walter Isaacson

Mask bildirmişdir ki, Benjamin Franklin onun sevimli qəhrəmanlarından biri olub.

“Franklinin tərcümeyi-halında, onun necə bir təşəbbüskar olduğunu görə bilərsiniz" demişdi Mask. Verdiyi müsahibələrin birincə "O biznes sahibi idi və heç nədən başlamışdı."

 

"Eynşteyn: Həyatı və Kainatı" Walter Isaacson

Eyni müsahibəsində Mask Walter Isaacson'un başqa bir tərcümeyi-halından çox şey öyrəndiyini söylədi: "Eynşteyn."

"Franklin" dəolduğu kimi, bu kitab da zəkası və şöhrəti ilə dünyanı dəyişdirən bir dahinin hekayəsindən bəhs edir.

 

"Strukturlar: Vəya niyə işlər yıxılmır?" J.E. Gordon

Mask gərəkli mövzuları acgözlüklə oxuyan və öyrənən bir insandır. SpaceX-ə başlamağa qərar verdikdə, raket elminin əsaslarını öyrənməli oldu. Ona kömək edən kitablardan biri İngilis materialşünası J.E. Gordon tərəfindən qurulan məşhur mühəndislik kitabı olan "Strukturlar: Vəya niyəişlər yıxılmır" idi.

 

Mənbə: businessinsider.com

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin