Kofein haqqında yanlış bildiyimiz doğrular

Kofein istehlakı ilə bağlı məlumatlandırıcı işlər nəqədər aparılsa da, müşahidələr göstərir ki, insanlar arasında kofeinə hələdə güvənməyənlər, kofeinli qidalar içərisində ən məşhurlardan olan enerji içkilərinə isə sərt mövqedə olanlar var.

Kofein yaddaşı gücləndirir

2001-ci ildəaparılan araşdırma göstərir ki, kofeinli qidalar, xüsusən enerji içkilərinin istehlakı beyinə əyyən təsir göstərir vənəticədə, yaddaşı gücləndirir, insanın hadisələrə reaksiya müddətini azaldır.

Kofein öyrənmə fəaliyyətini yaxşılaşdırır

Kofein beyinin informasiya qəbuluna bir çox aspektdən müsbət təsir göstərir. Kofein sayəsində diqqətimizi daha yaxşı cəmləyə bilirik, hadisələrə reaksiya müddətimiz azaldığı üçün yaddaşımız yaxşılaşır.

Günorta saatlarında da kofeinli qida vəiçkilər qəbul etmək olar

Bəzi insanlar kofein tərkibli qidalar və içkiləri günorta saatlarında qəbul etməkdən imtina edirlər. Çünki kofeinin gümrahlıq verici təsiri sayəsində gecə saatlarında yuxusuzluq problemi yaşayacaqlarından çəkinirlər. Elmi araşdırmalar sübut edib ki, istənilən kofein tərkibli məhsul qəbul edildikdən 4-5 saat sonra orqanizmdə yarısı mənimsənilir və təxminən 8 saat sonra kofein təsiri itir. Buna görədə günorta saatlarında qəbul etdiyimiz kofeinli qida və içkilərin təsiri gecə yuxusuna qədər itmiş olur.

Mənbə: oxu.az

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin