"Yumurta inqilabı" fenomeni

Bu gün dünyada "yumurta inqilabı" fenomeni haqqında danışırıq. Adi ağ fonda bir toyuq yumurtası şəkli Instagramda təxminən 48 milyon bəyəni topladı və populyarlığı ilə sosial şəbəkə tarixində ən çox bəyənilən şəkil olmağı bacardı.

 

Bəs bütün bunlar necə başladı?

7 fevral 2018-ci ildə Kylie Jenner Instagramda qızının fotoşəklini yerləşdirdi və 18 milyondan çox bəyəni topladı.

 

4 yanvar 2019-cu ildə World_record_egg hesabı adı altında bir istifadəçi yumurta şəkli yerləşdirib yazır: "Birlikdə yeni bir dünya rekordunu təyin edək, Kylie Jennerin (18 milyon bəyəni toplayan) rekordunu qıraq və mümkün qədər çox bəyəni toplayaq. Biz buna müvəffəq olacağıq! "

 

Və budur! Nəticədə, 13 yanvar bazar günü axşamı ağ fonda toyuq yumurtası fotoşəkili 18 milyon istifadəçi tərəfindən bəyənildi. Hesabın sahibi, qələbənin xəbərinə cavab olaraq, bütün abunəçilərinə dəstək üçün təşəkkür etdi.

 

Və hər zaman olduğu kimi sosial şəbəkə istifadəçiləri dərhal bir "epidemiya"ya yoluxdular və oxşar hesablar yaratmağa başladılar: toyuq, qarğıdalı, ağac yarpaqları və s. Bu hadisənin sosial şəbəkələrin tarixinə həkk olunması müzakirəsizdir.

QEYDİYYAT


Ödənişsiz və sadədir. İndi qeydiyyatdan keç və avantajlar dünyasına giriş əldə et!


Hesab yaratmaqla siz istifadə şərtlərini qəbul etmiş olursunuz

Nömrənizi daxil edin